Butikim.az, Azərbaycanda moda sahəsində fəaliyyət göstərən butiklər və alıcıları bir platformada birləşdirən yenilikçi online platformadır. Biz 2025-ci ildə təsis edilmiş və məqsədimiz ölkəmizdə elektron ticarətin inkişafına töhfə vermək, eyni zamanda yerli butiklərin online bazarda tanınmasına kömək etməkdir.
Butikim.az komandası moda, texnologiya və təcrübəli e-ticarət mütəxəssislərindən ibarətdir. Platformamız vasitəsilə istifadəçilər öz aralarında əlaqə qurur, butikləri izləyir və sevdikləri məhsulları bəyənirlər. Moda həvəskarları üçün təsis edilmiş bu məkanda siz yeni trendlər, kolleksiyalar və endirimlərdən xəbərdar ola bilərsiniz.
Missiyamız Azərbaycanda fəaliyyət göstərən bütün butikləri və moda həvəskarlarını bir platformada cəmləyərək, satış və alış imkanları genişləndirməkdir. Biz yerli butiklərin online varlığını gücləndirmək və istehlakçıların asanlıqla moda aləmini kəşf etmələrini təmin etmək üçün çalışırıq.
Biz moda sənayesinə aid çoxsaylı rəqəmsal həllər və innovativ texnologiyalar təqdim edirik:
Həm platformamızda, həm də təqdim etdiyimiz butiklərdə keyfiyyətə üstünlük veririk.
Daim inkişaf edir və platformamızı yeniliklərlə təkmilləşdiririk.
Alıcıları və satıcıları bir araya gətirərək güclü bir moda icması üçün xidmət göstəririk.
İstifadəçi məlumatlarının təhlükəsizliyini və platformanın etibarlılığını təmin edirik.
Bütün əməliyyatlarda və istifadəçilərlə münasibətlərimizdə şəffaflığa əhəmiyyət veririk.
Həm butikim.az istifadəçilərinin, həm də platformadakı butiklərin məmnuniyyəti bizim əsas prioritetimizdir.
Butikim.az platformasının təklif etdiyi əsas imkanlar aşağıdakılardır:
Butiklər üçün:
İstifadəçilər üçün:
Siz də yüzlərlə moda həvəskarı və butik sahiblərinin bir araya gəldiyi platformamıza qoşulun. İstər butik sahibi, istərsə də moda pərəstişkarı olun, Butikim.az sizin üçün ən yaxşı seçimdir.
Butikini əlavə et